Bakının Sabunçu rayonunda bir nəfərin barmağında dəmir halqanın sıxılaraq qalıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar.

Əməliyyat saat 11:25-də başa çatıb.