Tovuz rayonunda körpə ölü doğulub. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Girzan kənd sakini, 1993-cü il təvəllüdlü Kazımlı Ayşən Rövşən qızı ağır vəziyyətdə Tovuz Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.

Ona yarımçıq hamiləlik və bətndəki uşağın ölümü diaqnozu qoyulub.

Qadın qeysəriyyə əməliyyatı olunub, ölü döl çıxarılıb. Ananın vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, bu, A. Kazımlının ikinci hamiləliyi olub.