Almaniyanın Düsseldorf şəhər vağzalında hücum baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxsin hücumu nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanların İtaliya vətəndaşları olduqları barədə məlumat verilib.

Qeyd edək ki, bu, həmin vağzalda baş vermiş ikinci hadisədir. Bundan öncə naməlum şəxsin balta ilə hücumu nəticəsində 7 nəfər yaralanmışdı.