Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb.

"BMW" və "VAZ 2107 markalı avtomobillərin toqquşması nəticəsində Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu ölüb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.