ABŞ Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədilə Küveytdə min hərbçinin ehtiyat qüvvə olaraq yerləşdirmək barədə qəbul etməyib.
Unikal.org-un məlumatına görə, belə bir açıqlama ilə Pentaqonun nümayəndəsi Kristofer Şervur çıxış edib.
Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə Tramp Administrasiyasının Küveytə min hərbçinin göndərilməsi imkanını araşdırması barədə məlumat yayılmışdı.
Pentaqon nümayəndəsi məhz həmin informasiyalarla bağlı bildirib ki, belə bir qərar yoxdur: "Əlavə qoşun yerləşdirilməsi barədə heç bir qərar yoxdur. Hazırda biz İŞİD-in məhv edilməsi üzrə əməliyyatların sürətləndirilməsi üçün bir neçə variantını nəzərdən keçiririk".