Hindistanın "Air India" dövlət aviaşirkəti artıq çəkiyə görə 34 ekipaj üzvünü uçuşlardan kənarlaşdırıb.
Unikal.org-un məlumatına görə, bu barədə mülki aviasiya naziri Cayant Sinha bildirib.
Nazir qeyd edib ki, onların 30-u qadın, 4-ü isə kişidir.
C.Sinha deyib: "Air India" belə əməkdaşlara çəkilərini azaltmaq üçün kifayət qədər imkan verir. Onlar artıq çəkidən qurtulan kimi uçuşlara buraxılacaqlar".