Astarada 35 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Barzubənd kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü İlahə Həsənağa qızı Əmirova vanna otağında huşsuz halda aşkar edilib. Dərhal Astara rayon mərkəzi xəstəxanasına aparılsa da, qadın orada keçinib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.