Rusiyanın baş naziri Dmitri Medvedev tanınmış müxalifətçi Aleksey Navalnıyı "Instagramda blok edib.
Unikal.org-un "Republic saytına istinadən verdiyi xəbərə görə, səbəb hökumət başçısının "gizli imperiyası barədə A. Navalnıyın fondu tərəfindən aparılan araşdırmadır.
Belə ki, Aleksey Navalnıyın Korrupsiya ilə Mübarizə Fondu baş nazir Dmitri Medvedevə məxsus olduğu iddia edilən gizli aktivlərlə bağlı araşdırma aparıb və bu haqda film hazırlayıb. Araşdırmada bildirilir ki, D. Medvedevlə əlaqəli strukturlar qeyri-kommersiya fondları vasitəsilə on milyardlarla rubl dəyərində aktivlərə malikdir. Onlar əldə etdikləri vəsaiti ofşor zonalara çıxardığı, xaricdə malikanələr, yaxtalar, şərab müəssisələri satın aldığı qeyd olunur.
Rusiya hökuməti bu iddiaları rədd edib.