PSJ baş məşqçisi Unai Emeri ilə bağlı yekun qərarını verib.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi 45 yaşlı mütəxəssislə bu mövsümün sonu yolları ayırmaq qərarına gəlib. Yeni baş məşqçi vəzifəsinə namizədlərin Massimiliano Alleqri və Dieqo Simeone olduğu bildirilib.
Qeyd edək ki, PSJ bu mövsüm Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya 1:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Paris klubu ölkə çempionatında hazırda 3-cü pillədə qərarlaşıb.