ABŞ-ın baş prokuroru Ceff Seşns 46 federal prokurordan istefa ərizəsi yazmasını istəyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ədliyyə nazirinin istefasını tələb etdiyi prokurorlar eks-prezident Barak Obama tərəfindən təyin ediliblər.
Qeyd edək ki, daha əvvəl Seşns Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakovla görüşü ilə qalmaqal yaratmışdı.