Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb.
Unikal.org-un xarici KİV-ə istinadən xəbər verir ki, yola heyvanın çıxması avtobus sürücüsünün idarəetməni itirməsinə səbəb olub.
Qeyd edək ki, Hindistanda yolların pis vəziyyətdə olması və sürücülərin ehtiyatsızlığı ucbatında hər gün 400 insan ölür. İl ərzində yol qəzası qurbanlarının sayı 150 minə çatır.