Qaxda çaydan naməlum qadın meyiti tapılıb.

Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, bu  gün saat 16 radələrində rayonun Əlibəyli kəndinə gedən yolun yaxınlığından axan çaydan 20-25 yaşlarında olan naməlum qadın meyiti tapılıb. Tapılan meyit ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə verilib.

Hazırda Qax rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları qadının şəxsiyyətinin müəyyənləşdirilməsi və hansı şəraitdə ölməsi istiqamətində araşdırmalar aparır.