Xəstəxanada növbə gözləyən pasiyent vaxtını daha səmərəli keçirə bilər.

Təzyiq, nəbz və çəkinin ölçülməsi sayəsində tibbi personal bu kimi adi işləri yerinə yetirmək əvəzinə daha əhəmiyyətli məsələlərə diqqət ayıra biləcək. Belə ki, Belçikanın "BeWell şirkətinin hazırladığı qurğu həkim qəbulundan öncə ilkin tibbi müayinədən keçməyə imkan verir.

Unikal.org "hi-news.ru saytına istinadla xəbər verir ki, "WellPoint adlanan qurğu lazımi işləri kənar müdaxilə olmadan yerinə yetirir. O, bütün işlərə təxminən üç dəqiqə sərf edir. Tibb bacısına isə bunun üçün daha çox vaxt lazımdır. Müayinədən keçmək üçün pasiyent stendin yanında oturaraq ona tibb kartını göstərməli, əlini təzyiqi ölçən cihaza daxil etməklə aparatı aktivləşdirməlidir.

İstehsalçılar bildirirlər ki, "WellPoint gələcəkdə qan analizləri götürəcək və onda şəkərin səviyyəsini ölçəcək. Stendin illik xidməti tibbi müəssisəyə təxminən səkkiz min ABŞ dollarına başa gələcək.