Qaziantepdə qandonduran cinayət hadisəsi baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi xidməti yenicə başa vuran İrfan Çətin 5 il əvvəl boşandığı 23 yaşlı Elif Yureyi evinin önündə güllələyib. Qucağında 3 yaşlı qızı Mina olmasına baxmayaraq, gözü dönən Çətin ard-arda bir neçə dəfə atəş açıb. Nəticədə 3 yaşlı Mina aldığı güllə yarasından ölüb. Elif və hadisə zamanı həmin ərazidə olan 5 yaşlı başqa bir uşaq yaralanıb.
Hadisə yerinə polis və təcili yardım çağırılıb. İrfanın axtarışları davam edir.