Türkiyə Baş Konsulluğunun binasına gedən yolları polis nəzarətə götürüb.

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobili Niderlandın girişində saxlanılıb.

Unikal.org-un məlumatına görə, bu barədə Türkyənin Rotterdam Baş Konsulu Sadin Ayyıldız bildirib.

Baş Konsul bildirib ki, Niderland polisi onun nazirin yanına getməsinə də icazə vermir.

Bundan başqa, polis Niderlanda gedən TRT və Anadolu agentliyinin avtomobillərini də saxlayaraq maşına baxış keçiriblər.

Hollandiya