Almaniyanın Osnabrük şəhərinin zoparkında, qəfəsdən qaçmış ayını güllələyiblər.
Unikal.org-un məlumatına görə, ayı elektrik gərginliyi altında olan hasarı aşaraq, azadlığa çıxıb.
Fövqəladə vəziyyət yerli vaxtla saat 14:15-də baş verib. Həmin vaxt zooparkda çox adam olub. Zooparkın əməkdaşları meymunlar üçün qapalı pavilyonda ziyarətçiləri toplayıb və ayını axtarmağa başlayıblar. Qaçdıqdan az sonra onu güllələyiblər.
Qeyd edək ki, ölən heyvan - ağ və qonur ayının hibridi Taps adlı ayı olub.