Fransanın "Paris Saint-Germain" klubunun Çempionlar Liqasında "evində "Barselona"ya 4:0-lıq qələbədən sonra 6-1 məğlub olması şok bir iddianı ortaya çıxarıb.
Unikal.org Fanatik-ə istinadən xəbər verir ki, "PSG"nin ulduzları Blaise Matuidi və Marko Verrattinin "Barselona" matçından iki gün əvvəl məşhur müğənni Rihanna ilə birlikdə olduğu iddia edilir.
Blaise Matuidi və Marko Verrattinin"Barselona"ya 6-1 məğlub olduqları matçdan iki gün əvvəl Rihanna ilə Parisdəkibir gecə klubunda görüşdükləri deyilir.
Rihanna o tarixdə Fransanın paytaxtında, bir idman geyim firması tərəfindən təşkil edilən moda şousunda iştirak edib.
"L'Equipe"inə görə, italyalı oyunçu Verratti və fransız ulduz Matuidi də ulduzlarla dolu partiyə qatılanlar arasında olublar.
Bu iddia"Barselona"ya məğlub olaraq 1/8-də "dayanan"fransızları qəzəbləndirib.
Marko Verrattinin meneceri Di Kampli "Verattinin "Barselona" matçından 48 saat əvvəl Rihanna ilə birlikdə olduğu yalandır"açıqlamasını edib.