Lənkaran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət qarajın dam örtüyü 8 m2 sahədə və içərisində "BMW" markalı minik avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.