Fransa hökuməti Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun martın 12-də Mets şəhərində çıxışına mane olmayacaq.

Unikal.org-un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Mozel departamentinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, hazırda hakimiyyət martın 12-si keçiriləcək tədbiri ləğv etməyi və ya vaxtını dəyişməyi planlaşdırmır.

"Bizim işimiz ictimai asayişə heç bir təhlükə olmadığından əmin olmaqdır", - nümayəndə deyib.