"Niderland nə etsə, Türkiyə onun on qatını edəcək".
Unikal.org bildirir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
O, deyib ki: "Niderland siyasətçilərinin hərəkətləri insafsızlıqdır".
Çavuşoğlu qeyd edib ki, Niderland hökumətinin Türkiyə xarici işlər nazirinə ölkəyə girişinin rədd edilməsi qərarı qətiyyən qəbuledilməzdir. Lakin, Niderland hökumətinin Türkiyənin ailə və sosial siyasət nazirinin Roterdamda baş konsulluğa buraxılmaması utancvericidir. Anakara hər dəfə Avropaya bu rüsvayçılığı xatırladacaq.