Aİ Türkiyənin Avropa məkanına inteqrasıyasına yönələn bir sıra inteqrasiya layihələri üzrə Türkiyə üçün nəzərdə tutulan bütün ödəmələri bloklayıb. 

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın "Deutsche Wellе nəşri məlumat yayıb.

Qeyd edək ki, Aİ 2014-2020-ci illər üçün Türkiyəyə 4,45 mlrd. avro maliyyə yardımı ayırmağı planlaşdırmışdı. Həmin məbləğdən indiyədək Türkiyəyə cəmi 167 mln. avro köçürülüb.

Ödənişlər konkret layihələrə bağlıdır. Onlardan ən irisi "Aİ-də üzvlüyə hazırlıqla bağlı islahatlar layihəsidir. Bu məqsədlər üçün Aİ 1,58 mlrd. avro ayırmağı planlaşdırmışdı.