Ağcabədi rayonunda ağır yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən  xəbər verir ki, 18 yaşlı oğlanın idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili "KamAZ"a çırpılıb. Nəticədə minik avtomobilini idarə edən gənc oğlan hadisə yerindəcə vəfat edib.

İlkin araşdırma zamanı 18 yaşlı oğlanın sürücülük vəsiqəsinin olmadığı və avtomobilin onun atasına məxsus olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.