"Niderland hakimiyyəti Türkiyədən yazılı üzr istəməlidir".
Unikal.org xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu deyib ki, ilk addım olaraq Niderlandın Türkiyədəki səfirinə Türkiyəyə dönməməsi tapşırılıb. Türkiyə xarici işlər naziri Niderlandla bağlı müvafiq cavab addımları atılacağını da vurğulayıb.