Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında yanvar ayında baş tutan telefon danışığı çox perspektivli olub.
Unikal.org bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov CNN telekanalına müsahibəsində deyib.
"Tramp çox praqmatik insandır. O, Rusiya ilə bir çox məsələlərdə razı deyil və bunu da gizlətmir. Amma bununla yanaşı onun praqmatikliyi bizə dialoq aparmaqdan danışmağa imkan verir, - Peskov bildirib.
Peskovun sözlərinə görə, Tramp da etiraf edir ki, Moskva və Vaşinqtonun münasibətləri dalana dirənib:
"Tramp bəzi məsələlərdə heç vaxt kompromis tapılmayacağını etiraf edir. Lakin o hesab edir ki, toplanıb dialoq aparmaq lazımdır.