Efiopiyanın paytaxtı Əddis-Əbəbədə ən azı 24 nəfər nəhəng zibil yığınının uçması nəticəsində ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, zibil yığını 30-a yaxın gecəqondunun üzərini örtüb.

Hadisə baş verən zaman həmin ərazidə 150-yə yaxın insan olub. Xilasedicilər 37 nəfərin həyatını xilas edib. Onlarla insan zibil yığını altında qalıb. Ölü sayının artacağı istisna edilmir.