Hollandiya Xarici İşlər Nazirliyi Türkiyə ilə aralarında baş verən siyasi qalmaqalla bağlı açıqlama yayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamada qeyd edolunur ki, Türkiyə öz ərazisində olan hollandiyalı deputatların təhlükəsizliyinə cavabdehlik daşıyır.
"Vəziyyət hələ ki, naməlum istiqamətdə cərəyan edir. Türkiyə ölkədə diplomatik xidmət göstərən diplomatlarımızın təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Türk rəsmilərə qarşı reaksiyamızı göstərmişik, - deyə bəyanatda qeyd olunub.