Danimarka baş naziri Lars Rasmussen Türkiyə və Niderland arasında yaranan münaqişə ilə əlaqədar türkiyəli həmkarı Binəli Yıldırıma Danimarkaya səfərini təxirə salmağı təklif edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, B. Yıldırımın Danimarkaya səfəri mart ayında nəzərdə tutulub.
L.L.Rasmussen "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, "Türkiyənin Niderlanda hücum etməsini nəzərə alaraq, görüşə bundan ayrı baxmaq olmaz".
Qeyd edək ki, dünən Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.