Ağstafa rayon sakini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Köçəsgər kənd sakini 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu sol kürək nahiyəsinin iti alətlə kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Ona tibbi yardım göstərilib. A.Əliyevin hansı şəraitdə xəsarət aldığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.