Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 40 nəfərə çatıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ağır yanıq xəsarətləri almış daha 1 nəfər ölkə paytaxtındakı "Roosevelt" xəstəxanasında dünyasını dəyişib.
Hazırda xəstəxanada daha 15 yaralı var. Onlardan 10-un vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, güclü yanğın paytaxt yaxınlığında, ailə zorakılıqları ilə üzləşmiş uşaqların olduğu mərkəzdə, martın 8-də baş verib. Hadisə zamanı onlarla uşaq və mərkəz işçisi yanıq xəsarətləri alıb.
İlkin məlumatda həlak olanların sayının 17, yaralıların sayının isə 30 nəfər olduğu bildirilirdi.