Misirin 2011-ci ildə devrilən keçmiş prezidenti Hüsnü Mübarək azad ediləcək.
Unikal.org Reuters-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Fərid Əl-Dib bildirib. O deyib ki, Mübarək Heliopolisdəki evinə gedəcək. Vəkilin sözlərinə görə, Mübarək 48 saat ərzində həbsdən çıxarılacaq. Bu isə H.Mübarəkin bu həftənin sonunadək azad olunacağı deməkdir - keçmiş prezidentin vəkili vurğulayıb.
Qeyd edək ki, 85 yaşlı H.Mübarək 2011-ci il etirazlarında üsyançıların öldürülməsində ittiham olunurdu.
Martın 2-də Misir Appelyasiya Məhkəməsi tərəfindən 2011-ci ildə baş vermiş qiyamda nümayişçilərin öldürülməsində günahkar hesab edilməyərək bəraət qazanan eks-prezidentin səhhətinin normal olduğu da bildirilir.