Bakıda 52 yaşlı qadın özünü asaraq intihar edib.
Unikal.org-un "Report"-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Cəfər Xəndan küçəsində yerləşən evlərin birində yaşayan 1965-ci il təvəllüdlü Bənövşə Aslanova özünü evdə tavandan iplə asaraq intihar edib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.