Qadınlarda "histerektomi (uşaqlığın çıxarılması) əməliyyatı cinsi istəyi artırır.
Unikal.org xarici KiV-ə istinadən məlumatına görə, İngiltərənin Mançestr şəhərində yaşayan qadın bu "problemlə qarşılaşıb.
Belə ki, 46 yaşlı Şaron Uiteley uşaqlığında şiş olduğu üçün əməliyyatla onu çıxartdırmalı olub və bundan sonra seks həvəskarı olduğunu açıqlayıb.
Əməliyyatdan əvvəl seksə elə də maraqlı olmadığını deyən qadın əməliyyatdan sonra 10-dan çox kişi ilə sevişdiyini dilə gətirib. Qadın bunun səbəbini əməliyyata bağlayır.
Həkim Carol Cooper deyib ki, bunun səbəbi "histerektomi (uşaqlığın götürülməsi əməliyyatı) ola bilər. Böyük bir şiş götürülüb və menstruasiya da kəsildiyindən qadın indi seksdən daha çox zövq alır.