Hacıqabulda dərmandan zəhərlənmə olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Bədəlova Şəbnəm Bədəl qızı dərman zəhərlənməsi əlaməti ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata əsasən, Ş.Bədəlova çox sayda nevroloji dərman qəbul edib.