Ermənistanın Armavir vilayətinin Crarat kəndində hakim Respublika Partiyasının yerli strukturunun nümayəndələri "Ohanyan-Raffi-Oskanyan blokunun tərəfdarlarına silahlı hücum ediblər.
Unikal.org "news.ama istinadən verdiyi xəbərə görə, bu barədə blokun seçkiqabağı qərargahının yaydığı məlumatda deyilir.
Hadisə bu gün günorta saatlarında baş verib. Nəticədə 3 nəfər xəstəxanaya yerləşdirilib.