İran "mal qarşılığında neft proqramı çərçivəsində Rusiya ilə neft tədarükü barədə danışıqlar aparmağa hazırdır.
Unikal.org-un məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşü zamanı İranın rabitə və kommunikasiya naziri Mahmud Vaezi deyib.
Qeyd edək ki, bir müddət əvvəl A.Novak "mal qarşılığında neft proqramı çərçivəsində gündəlik olaraq 100 min barrel, il ərzində 5 milyon ton neft tədarük edilə biləcəyini demişdi.