Parisdə prezident İlham Əliyevin və prezidentFransua Ollandın iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olub.
Unikal.org-un xəbərinə görə, bu barədə dövlət rəhbərinin mətbuat xidməti məlumat yayıb."Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumunu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın nəqliyyat, dənizçilik və balıqçılıq məsələləri üzrə dövlət katibi Alan Vidalies imzalayıblar.
"Fransanın İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası arasında Kredit Müqaviləsini Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın İnkişaf Agentliyinin baş direktorunun müavini Filip Boduen imzalayıblar.
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Fransanın Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma məsələləri üzrə dövlət katibi Jan Vinsent Plase imzalayıblar.
"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunu Azərbaycanın maliyyə naziriSamir Şərifovvə Fransanın sənaye, rəqəmsal və innovasiyalar üzrə dövlət katibi Kristof Sirugue imzalayıblar.
"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolunu Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın Azərbaycandakı səfiri Aurielia Buşez imzalayıblar.
XXXXXXXXXXXXXXXXXXXX
Parisdə, Yelisey Sarayında Azərbaycan prezidenti İlham Əliyevin fransalı həmkarı Fransua Ollandla görüşü olub.
Unikal.org-un prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yelisey Sarayının qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fransa prezidenti Fransua Olland prezident İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.