Bakıda orta məktəbdə intihar hadisəsi baş verib.

Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə Nizami rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun İ.Məmmədov küçəsi 15 ünvanında yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Məktəbin həyətindəki ağacdan 1979-cu il təvəllüdlü Məmmədov Səməd Ağasəf oğlunun asılmış meyiti tapılıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.