Türkiyədə səhər saatlarında partlayış baş verib.

Unikal.org
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardin Diyarbəkir magistral yolunun Mazıdağı mahalı yol ayrımında yerə döşənilən mina partlayıb. Nəticədə 2 əsgər şəhid olub.

Hadisə yerinə çox sayda təcili yardım maşınları gəlib.

Minanın PKK terrorçuları tərəfindən basdırıldığı ehtimal olunur.