Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.
Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.
Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 12:56
Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.