Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.

Unikal.org xeberle.com-a istinadən xəbər verir ki, dünən 14 mart tarixində axşam saatlarında cüdo üzrə məşqçi - Adıgözəlov Sabir Dadaş oğlu 38 saylı orta məktəbin arxasında özünü asıb.

İlkin məlumata görə, hadisənin məktəblə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Xatırladaq ki, Adıgözəlov Sabir "Tərəqqi" medalçısıdır, ötən il ölkə prezidentinin sərəncamı ilə təltif olunmuşdu.