Sumqayıt Apellyasiya Məhkəməsində polis rəisinin keçmiş müavini Nazim Hüseynovun apellyasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) Nazim Hüseynovu AR CM-nin 178.3.2-ci (dələduzluq) maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.