Gəncə şəhərində zəhərlənmə hadisəsi olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Elnarə Musayeva sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Qadının hansı şəraitdə zəhərləndiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.