Bakıda 25 yaşlı qız qayçı ilə özünə xəsarət yetirib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, rayonun Mirqasımov küçəsindəki evlərdən birində yaşayan 25 yaşlı N.M qayçı ilə qarın nahiyyəsinə zərbə vurub. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun özünə xəsarət yetirməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.