Bakıda 85 yaşlı kişi intihara cəhd göstərib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon sakini 1932-ci il təvəllüdlü O.Səfərov özünü dənizə atmaq istəyib. Onun bu cəhdinin qarşısını Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri alıb.

Araşdırma aparılır.