Suriyanın paytaxtı Dəməşqdə bu gün ərzində ikinci partlayış törədilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, terrorçu-kamikadze özünü Dəməşqin şimal-qərbindəki Ər-Rəbva rayonunda partladıb.
Məlumata görə, bu gün Ədliyyə sarayında törədilən ilk partlayışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları üç terrorçunu təqib edib. Onlardan biri Ər-Rəbva rayonunda restoranlardan birinə daxil olarkən partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsinə ölən və yaralananlar var.
Qeyd edək ki, Dəməşqin Ədliyyə sarayında törədilən partlayış nəticəsində 31 nəfər həlak olub, 60 nəfər yaralanıb.