Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında ölkə prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Unikal.org xəbər verir ki, bu barədə Axtarış-Xilasetmə Qərargahının məlumatında bildirilib.
Məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 13-də aşkar edilmiş kişi meyitinin "Azneftin Nəriman Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 1 saylı neft-qazçıxarma sahəsində "nasos qurğularının maşinisti vəzifəsində çalışmış 1970-ci il təvəllüdlü Ramiz Qulu oğlu Abbasova məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.