Sərnişinlərin "28 may metro stansiyasına girişi bərpa olunub

Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb.

Unikal.org xəbər verir ki, apa-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda sərnişinlərin "28 may metro stansiyasına giriş bərpa olunub.

***

Bakı metropolitenində tuneldə baş verən tüstülənmə ilə əlaqədar sərnişinlər təxliyə edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.

***

Bakı metropolitenində tuneldə tüstülənmə başlayıb.

Unikal.org xəbər verir ki, "Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə "28 may və "Gənclik metro stansiyaları arasında baş verib.

Hazırda mütəxəssislər tüstünün mənbəyini müəyyənləşdirir. Hadisə qatarların hərəkətinə təsir etməyib. Sərnişinlər üçün təhlükə olmadığı bildirilir.