Rusiya Federasiyası hökumətinin baş nazirinin müavini Olqa Qolodets Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyinin irəli sürülməsini dəstəkləyir.
Unikal.org xəbər verir ki, O.Qolodets bu barədə fikrini martın 15-də TASS agentliyinə müsahibəsində bildirib. O deyib: "Polad Bülbüloğlu gözəl insan və ictimai xadimdir. O, dünya mədəniyyətinə dərindən bələd olması, mədəni inkişafın tarixini gözəl bilməsi, həm də hər bir milli mədəniyyətin dəyərini hiss etməsi ilə fərqlənir.