Almaniya Maliyyə Nazirliyinin poçt qutusuna göndərilən şübhəli paketdə bomba tapılıb.
Unikal.org-un "Milliyetə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn bomba mütəxəssisləri partlayıcını zərərsizləşdiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bombanın hədəfinin maliyyə naziri Volfqan Şoyble olduğunu bildiriblər.