Salyan rayonunda zəhərlənmə hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

Rayonun Qızılağac kənd sakini, 35 yaşlı Sevər Səyyad qızı Məmmədova işlədiyi istixanada şitillərə vurulan kimyəvi dərmandan zəhərlənib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib.